Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətəndaşlara XƏBƏRDARLIQ! - Diqqətli olun, məlumatlarınız BU YOLLA oğurlana bilər - VİDEO

Vətəndaşlara XƏBƏRDARLIQ! - Diqqətli olun, məlumatlarınız BU YOLLA oğurlana bilər - VİDEO

Tarix: 18 Sentyabr 2022 17:12

Ölkə ərazisində "Tik-Tok"un istifadəsinə müvəqqəti olaraq məhdudiyyət qoyulsa da vətəndaşlar yenə də bu sosial şəbəkəyə daxil olmağın yollarını tapıblar.

İstifadəçilər "Tik-Tok"a girmək üçün VPN tətbiqlərindən istifadə edirlər. Bu isə kiber mühitdə vətəndaşların məlumatlarının təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Sizin VPN-lə daxil olduğunuz resursun bütün məlumatları, həmçinin sizin şəxsi məlumatlarınız kimliyi məlum olmayan 3-cü tərəfin əlinə keçir. Kibertəhlükəsizlik üzr ekspert Rəşad Əliyev vətəndaşları diqqətli olmağa çağırır.

Bütün riskləri nəzərə alaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşlara VPN tətbiqlərindən istifadə etməməyi tövsiyə edir.

Ekspertlər hesab edir ki,tətbiq edilən məhdudiyyətlər qısa zaman ərzində aradan qaldırılacaq.

Ətraflı Xəzər TV-də:


Etiketlər:  Vətəndaşlara XƏBƏRDARLIQ Diqqətli olun məlumatlarınız YOLLA oğurlana bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ