Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 11:42
Bakı. Samir Əli - Trend:
Bakı Metropoliteninin "20 yanvar" stansiyasının girişində səhər saatlarından sıxlıq yaranıb.
Trend-in məlumatına görə, sıxlığın yaranmasına səbəb stansiyanın girişində quraşdırılmış "Bakıkart" aparatlarının sistemində problemin baş verməsidir. Aparatlarda yaranmış problem nəticəsində kartlara gediş haqqı yükləmək mümkün olmayıb. Nəticədə sərnişinlər stansiyaya daxil ola bilməyib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, stansiyada baş verən hadisə sıxlığa səbəb olub: "Biz qatarların hərəkətinə nəzarət etmək səlahiyyətindəyik, aparatlara biz nəzarət etmirik. “Bakıkart” aparatlarının çalışmamasının səbəbləri bizə də məlum deyil. Stansiyada böyük sıxlıq yaranıb, amma əməkdaşlarımız sıxlığı nizamlamağa çalışırlar. Hazırda problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin