Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2022 08:52
Qax rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, 1989-cu il təvəllüdlü Kamalov Kamal Əlyar oğlu rayonun mərkəzi hissəsində avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil daş hasara çırpılıb.
Ağır xəsarətlər alan yaralı əvvəlcə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona boyun fəqərisinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.