Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2022 09:34
Fransanın antirusiya sanksiyalarına qoşulmaq qərarı ciddi enerji böhranına səbəb olub.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Fransanın Milli Birlik Partiyasının sədri Marin Le Pen deyib.
"(Hökumət) Ukrayna ilə bağlı isteriya vəziyyətində olan AB ilə birlikdə yersiz və düşünülməmiş sanksiyalar tətbiq etməklə geosiyasi səhvə yol verdi", - o bildirib.
Onun fikrincə, AB siyasəti federal siyasətdən imperiyaya çevrilir və artıq regionda sülhün və əməkdaşlığın təşviqinə yönəlmir.