Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2022 23:06
"Onların qidalara qatdıqları dadlandırıcılar uşaqlarda həmin yeməklərə qarşı istək yaradır. Lakin xüsusilə yetkinlik yaşına çatmayanlar üçün bu qidalar zərərlidir. Ona görə də 0-18 yaş uşaqlar arasında həzm sistemi xəstəlikləri artmağa doğru gedir. 2011-ci ildə həzm sistemi xəstəliklərindən 47 769 nəfər əziyyət çəkirdisə, 2021-ci ildə bu say 59 863 nəfər olub".
Bunu Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova nazirliyin rəsmi "Instagram" hesabında canlı yayım zamanı deyib.
"Həzm sistemi xəstəlikləri arasında geniş yayılanlardan biri piylənmədir. 2011-ci ildə 0-17 yaş arası 357 nəfər piylənmə ilə bağlı qeydiyyata alınıb, 2021-ci ildə bu rəqəm 637 olub. Qızlar arasında piylənmə 4,4 faiz, oğlanlar arasında isə 5,3 faizdir. Bütün bunlar Qərb mətbəxinin bizim müasir həyatımızda geniş yer almasından qaynaqlanır. Hazırda gənclər arasında artıq çəkidən əziyyət çəkənlər çoxdur. Həmçinin şəkərli diabet xəstəliyi də getdikcə artır. Səbəb də düzgün qidalanmamaqdır".