Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 08:36
"Avropa çempionatında əsas hədəfim qızıl medal qazanmaq idi. Komanda hesabında bürünc medal qazandıq. Buna çox sevinirəm".
Sonxeber.net "Report"a istinadən bildirir ki, nunları Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Vüqar Talıbov deyib.
O, qarşıdakı planlarından da danışıb.
"Hədəflər əslində çoxdur. Qarşıda böyük dəbilqə turnirləri var. Amma əsas hədəfim 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır. Məqsədim həmin oyunlarda qalib olmaqdır", - V.Talıbov əlavə edib.