Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əsrin çoxarvadlı kişisi'' 43 ilə 53 dəfə evlənib...

''Əsrin çoxarvadlı kişisi'' 43 ilə 53 dəfə evlənib...

Tarix: 20 Sentyabr 2022 20:36

"Dünyada hər bir kişi bir qadın arzulayır və həmişəlik onunla qalmaq istəyir..."

"Sabitliyi təkcə gənc qadınla deyil, yaşa dolmuş qadınla da əldə etmək olar..."
Səudiyyə Ərəbistanından olan 63 yaşlı Abu Abdulla öz həyatı boyunca 53 qadınla evlənib və boşanıb.

Milli.Az xəbər verir ki, moderator.az xəbər verir ki, bu barədə "Times Now News" nəşri yazıb.

Kişi danışıb ki, bu üsulla o, ruhunu oxşayan, ona mənəvi rahatlıq bəxş etməyi bacaran qadın axtarışında olub.
 
"Mən ilk dəfə evlənəndə, bir qadından başqa kimsə ilə evlənməyi düşünmürdüm, çünki özümü rahat hiss edirdim, mənim övladlarım vardı", - o, belə deyib.
 
Lakin bir neçə ildən sonra münasibətlərdə problemlər yaranıb və Abdulla yenidən evlənmək qərarına gəlib. 
 
Onun həyat yoldaşları arasında ixtilaflar yarananda, o, onları boşayıb, yenidən evlənib.
 
Abdulla 43 il ərzində evlənməkdə və boşanmaqda davam edib. 
 
Həyat yoldaşlarının əksəriyyəti Səudiyyə Ərəbistanından olub.
 
Lakin o, etiraf edib ki, xaricə işgüzar səfərlərində əcnəbi qadınlarla da nikah bağlayıb.
 
Nikahların sayı çox olduğundan onu "əsrin çoxarvadlısı" adlandırıblar.
 
Bir neçə onilliklərdən sonra Abdulla onunla özünü xoşbəxt hiss edən həyat yoldaşı tapmağa müvəffəq olub.
 
Hazırda o, bir qadınla nikahdadır və yenidən evlənmək fikrində deyil.
 
"Dünyada hər bir kişi bir qadın arzulayır və onunla həmişəlik qalmaq istəyir. 
 
Sabitliyi təkcə gənc qadınla deyil, yaşa dolmuş qadınla da əldə etmək olar", - kişi iddia edib.

Milli.Az


Etiketlər:  Əsrin çoxarvadlı kişisi ilə dəfə evlənib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ