Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni körpəsinə məşuqəsinin adını vermək istəyir

Yeni körpəsinə məşuqəsinin adını vermək istəyir

Tarix: 20 Sentyabr 2022 20:58

Dünyaca məşhur Maroon 5 qrupunun solisti Adam Levin hamilə xanımına xəyanhət edir və doğulacaq körpəsinə məşuqəsinin adını vermək istəyir.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Portala görə, texaslı blogger Sumner Straw sosial şəbəkədə onunla təxminən bir il romantik münasibətdə olduğunu açıqlayıb.

Sözlərini sübut etmək üçün o, yazışmalarının ekran görüntülərini təqdim edib. Mesajların birində Levin üçüncü uşağa onun şərəfinə ad qoymaq istədiyini yazır.

Qeyd edək ki, Adam "Victoria's Secret" mələyi Behati Prinsloo ilə 2014-cü ildə ailə qurub. 2016-cı ildə onların Dusti Rouz adlı qızı, 2018-ci ildə isə Gio Qreys adlı oğlu dünyaya gəlib. Model keçən həftə əri Levinlə üçüncü övladını gözlədiyini təsdiqləyib.

Milli.Az


Etiketlər:  Yeni körpəsinə məşuqəsinin adını vermək istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ