Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 22:18
Qəfildən kəskin baş ağrısı və nitqdə problem baş beyində tromb olduğunun əlamətidir.
Sonxeber.net medicina.az-a istinadla xəbər verir ki, amerikalı həkim Tomi Mitçell trombun simptomlarını açıqlayıb.
"Baş beyin damarlarında hətta kiçik bir tromb toxumalarda geridönməz zədələnmələr yarada bilər.
İlk simptom heç vaxt olmayan qəfil kəskin güclü baş ağrısıdır.
Qan laxtası qan axınını blok edir, beyinə oksigen çatmır, bu zaman ildırımvari ağrı başlayır.
Eləcə də ürəkbulanma, səbəbsiz qusma da siqnaldır.
Əgər tromb böyükdürsə, təzyiq qalxır, bu zaman qusma olur.
Bu zaman xəstənin nitqində. danışığında da problem olarsa, sözləri unudub deyə bilməzsə, deməli tromb əsas damarlardan birini tıxayıb".