Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 14:24
Bakı. Elçin Mehdiyev – Trend:
Orta məktəblərdə şagirdlər tərəfindən mobil telefonların istifadəsi qadağan edilməlidir.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Badamov çıxış edib.
O qeyd edib ki, sinif otağında hər hansı bir şagirdin mobil telefonuna zəng gəlməsi ümumi dərs prosesini pozur.
A.Badamov təklif edib ki, “Təhsil haqqında qanuna” telefonların sinif otağına girişini qadağan edən bir maddə əlavə edilsin.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin