Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2022 09:08
Gələn il enerji və gübrələrin bahalaşması baxımından daha çətin ola bilər. Biz ərzaq məhsullarının bahalaşmasına da hazır olmalıyıq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
Onun sözlərinə görə, bu sahədə qlobal böhran ən çox cənub ölkələrinə təsir edib.
Eyni zamanda, Şolts ərzaq müqaviləsi çərçivəsində Qara dəniz limanlarından ixrac edilən Ukrayna taxılının böyük hissəsinin inkişaf etməkdə olan ölkələrə və keçid iqtisadiyyatı olan dövlətlərə aid olması ilə bağlı iddiaları Rusiya dezinformasiyası adlandırıb.