Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2022 07:33
İmmunoqlobulinin əsas bioloji funksiyalarından biri antigeni özünə birləşdirərək dövredən immun kompleks əmələ gətirmək qabiliyyətinə malik olmasıdır. İmmun kompleksin əmələ gəlmə prosesi normal immun cavabın kompanentlərindən biri olub antigenin neytrallaşdırılması və eliminasiyası ilə başa çatır. Bəzi hallarda immun kompleks damar divarına fiksə olunaraq iltihabı reyaksiyaya səbəb olur. Dövredən immun komplekslərin yerləşməsi onun formalaşdığı yerdən və çökdüyü toxumadan asılıdır. Əgər proses generalizə olunmuş xarakter alarsa bu immun kompleks patologiyanın inkişafına aparıb çıxara bilər.
İmmun komplekslərin əmələ gəlməsi və onların bioloji aktivliyi bir çox faktorlardan, asılıdır:
- antigenin və əkscismin təbiətindən
- onların miqdarından
- bir-birinə nisbətindən
- bir-birinə qarşılıqlı təsirindən.
İmmun komplekslərin ən səciyyəvi xüsusiyyəti onların ölçüləridir. Əkscismlərin üstünlüyü şəraitində əmələ gələn immun komplekslər böyük ölçülü, aşağı patogen, tez faqositoza uğrayan komplekslərdir. Əksinə antigenin üstünlüyü şəraitində yaranan orta ölçülü dovredən immun kompleksləri yüksək patogenliyə malik olur, komplimenti asanlıqla aktivləşdirir.