Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəmalə Əliisgəndər qızına “ARB 24”-də yüksək vəzifə verildi

Kəmalə Əliisgəndər qızına “ARB 24”-də yüksək vəzifə verildi

Tarix: 23 Sentyabr 2022 09:52

Tanınmış aparıcı, jurnalist Kəmalə Əliisgəndər qızına "ARB 24"-də vəzifə verilib.

Sonxeber.net Manset.az-a istinadən bildirir ki, o, ARB 24-də "Xəbərlər" departamentində şef redaktor kimi fəaliyyətə başlayıb. Artıq aparıcı kollektivə təqdim edilib.

Xatırladaq ki,K.Əlisgəndər qızı 1995-2005-ci illərdə AzTV-də aparıcı, redaktor, müxbir, 2005-2016-ci illərdə ANS-də "Şirin çay", "İç xəbər", "Xəbərçi" layihələrində aparıcı, rəhbər, redaktor, müxbir, 2016-2017-ci illərdə "İnterAz" televiziyasında xəbərlərin baş redaktoru, 2018-ci ildən İTV-nin "Xəbərlər" departamentinin direktor müavini vəzifələrində vəzifələrində çalışıb.

O, 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.


Etiketlər:  Kəmalə Əliisgəndər qızına yüksək vəzifə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ