Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bred Pitt ən yaraşıqlı həmkarlarının adını açıqladı

Bred Pitt ən yaraşıqlı həmkarlarının adını açıqladı

Tarix: 23 Sentyabr 2022 19:20

Bred Pitt dünyanın ən yaraşıqlı kişilərinin adlarını açıqlayıb.

O, aktyorlar arasında Pol Nyumanı ən cəlbedici hesab etdiyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Hollivud ulduzunun sözlərinə görə, Nyuman qocalıqda da öz cazibəsini itirməyib. O, həmkarını "səxavətli, isti və açıq insan" adlandırıb.

Həmçinin, Pitt müasir aktyorlar arasında Corc Klunini xüsusi olaraq qeyd edib. "Adətən mən ona sataşıram, o da mənə sataşır. Amma bu dəfə əksini edəcəm. Yalnız bu dəfə", - deyə Pitt bildirib və Klunini tərifləyib.

Milli.Az


Etiketlər:  Bred Pitt ən yaraşıqlı həmkarlarının adını açıqladı


RƏYLƏR