Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 14:06
Rusiya Federasiyası müdafiə nazirinin müavini Ordu generalı Dmitri Bulqakov vəzifəsindən azad edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, nazir müavini başqa vəzifəyə keçirilib.
2008-ci il dekabrın 2-dən Rusiya Federasiyası Müdafiə nazirinin müavini olan Bulqakov silahlı qüvvələr üçün arxa xidmətin təminatına cavabdeh olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Mixail Mizintsev müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini təyin edilib.