Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azərbaycanla oyunda mütləq qalib gəlməliyik" - Marko Rossi

Tarix: 30 Sentyabr 2019 19:04

Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçiriləcək oyunlar haqda fikirlərini bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis millimizlə görüşdə qalib gəlməli olduqlarını söyləyib:  "Qarşıda iki çətin oyunumuz olacaq. Qrupdan çıxmaq şansımız var. Azərbaycanla oyunda mütləq qalib gəlməliyik. Xorvatiyaya qarşı isə sürpriz etməyə çalışacağıq. Özümüzün və onların kim olduqlarını bilirik".

Qeyd edək ki, Macarıstan yığması oktyabrın 10-da Xorvatiya, 13-də isə millimizlə qarşılaşacaq

 


Etiketlər:  Azərbaycanla oyunda mütləq qalib gəlməliyik Marko Rossi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ