Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rumıniya 14 rusiyalı jurnalistə viza verməkdən imtina edib

Rumıniya 14 rusiyalı jurnalistə viza verməkdən  imtina edib

Tarix: 24 Sentyabr 2022 22:22

Rumıniya Xarici İşlər Nazirliyi "Russia Today" kanalının əməkdaşlarına viza verilməsindən imtina edilməsi məsələsinə aydınlıq gətirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, jurnalistlər Beynəlxalq Rabitə İttifaqının Buxarestdə keçirilən konfransını işıqlandırmalı idilər.

Nazirlik bildirir ki, Rusiya XİN-in sorğusu əsasında 17 vəzifəli şəxsə viza verilib. Lakin "Russia Today" kanalının 14 əməkdaşının Rusiyanın Rabitə və Rəqəmsal İnkişaf Nazirliyinin vəzifəli şəxsləri kimi təqdim edilməsi qanunauyğun deyil.

Rumıniya tərəfi hesab edir ki, 14 nəfərə vizadan imtina edilməsi Rusiyanın maraqlarına toxunmur və nümayəndələr tədbirdə lazımi qaydada iştirak ediblər.

Milli.Az


Etiketlər:  Rumıniya 14 rusiyalı jurnalistə viza verməkdən imtina edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ