Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2022 20:48
Parisin yaxınlığında böyük ərzaq bazarının anbarında yanğın başlayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, sahəsi 7 min kvadrat metr olan anbarda yanğının söndürülməsinə 100 yanğınsöndürən və 20 yanğınsöndürmə maşını cəlb olunub.
Parisin Yanğın Xidmətinin rəisi Le Muana bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur, yanğının yayılmasının qarşısını da almaq mümkün olub.
Yanğının səbəbi məlum deyil. Yaxın rayonların sakinlərinə hadisə yerinə yaxınlaşmamaq tövsiyə olunub.