Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2022 22:44
"Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur. Qürurlu və xoşbəxtik".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Azərbaycan yığmasının futbolçusu Ozan Can Kökçü Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
Ardıcıl 3-cü qələbəni qazandıqlarını xatırladan 24 yaşlı yarımmüdafiəçi bunu gələcək turnirlərdə də davam etdirməyə çalışacaqlarını syləyib.
Onun sözlərinə görə, milli komanda elə yerdir ki, burada heç kimin daim oynayacağına zəmanət verilmir: "Hər zaman izlənilirsən. Bura gələndə canla-başla çalışmalısan".
Daha əvvəl "Sabah"da oynamış Türkiyə əsilli oyunçu Azərbaycana qayıtmaq variantına da toxunub: "Nə danışsam, yanlış başa düşülər. Azərbaycanda "Qarabağ", "Neftçi" və "Zirə" kimi yaxşı komandalar var. Futbolda nəyin necə olacağını bilmək olmaz. İndi "Eyndhoven"də özümü yaxşı hiss edirəm, işlərim qaydasında gedir. Mövsümün sonunda necə olacağını görəcəyik".