Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2022 20:54
Rusiyada səfərbərliyin elan edilməsi Kiyevin Putindən "daha ağıllı" olması anlamına gəlir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Liz Trass deyib.
"Ukraynaya daxil olmaqla Putin strateji səhv etdi. Düşünürəm, ukraynalılar daha ağıllı oldu. Ukraynalıların Rusiya müdaxiləsinə necə müqavimət göstərdiyini gördük. O, (Putin-red.) azad dünya tərəfindən belə müqavimət gözləmirdi", - deyə Trass bildirib.