Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2022 23:04
Niderland millisinin keçmiş futbolçusu Aryen Robben gələcək planlarından danışıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hazırda o, böyük oğlunun oynadığı Xroninqenin "Bee Cake U-15" komandasını çalışdırır.
"Hələlik buranı bəyənirəm və düşünürəm ki, bu kifayətdir. Mən iddialı deyiləm. Bəlkə beş ildən sonra siz məni baş məşqçi və ya texniki direktor kimi görəcəksiniz, ya da ola bilsin ki, supermarketdə menecer olacağam", - deyə Robben "De Telegraaf"-a müsahibəsində bildirib.