Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putinin inanılmaz təklifi: İran necə razı olub?

Putinin inanılmaz təklifi: İran necə razı olub?

Tarix: 27 Sentyabr 2022 13:02

Rusiya Prezidenti Vladimir Putin Tehrana səfəri zamanı İran Prezidenti İbrahim Rəisi ilə Rusiya qoşunlarının bir hissəsinin Suriyadan çıxarılması və hərbi bazaların iranlılara verilməsi müqabilində pilotsuz təyyarələrin tədarükü ilə bağlı razılığa gəlib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı şərqşünas İqor Semivolos deyib.

O bildirib ki, İran əslində Ukraynaya qarşı müharibəyə Rusiyanın tərəfində daxil olub:

"Ruslar Suriyadan qoşunlarının bir hissəsini çıxarır, hərbi bazalarını iranlılara təhvil verir və müvafiq olaraq bunun əvəzinə iranlılar, bu dronları tədarük etməyə söz veriblər, çünki rusların həqiqətən də pilotsuz təyyarələrlə problemləri var".

Milli.Az


Etiketlər:  Putinin inanılmaz təklifi İran necə razı olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ