Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2022 21:06
"Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla söhbətində bildirib ki, Ukrayna ilə danışıqlara hazırdır, amma vəziyyət dəyişdikcə, şərtlər də dəyişir".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Prezident deyib ki, Rusiya danışıqlara hazırdır, amma vəziyyət dəyişdikcə, şərtlər də dəyişir", - Kremlin sözçüsü bildirib.
Peskov əlavə edib ki, danışıqlara gəlincə, prinsip eyni olaraq qalır və Putin Ərdoğana Ukrayna tərəfinin dialoq yolundan çıxdığını söyləyib:
"Ümumilikdə xüsusi hərbi əməliyyatın prinsipi dəyişməz olaraq qalır. Danışıqlarda o da bildirilib ki, Ukrayna tərəfi danışıqlar yolundan tamamilə çıxıb, ona görə də xüsusi hərbi əməliyyat davam edir".
Bundan əvvəl Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Putin Səmərqənddə Ərdoğanla söhbətində Kiyevlə dialoqa qayıtmaq istədiyini etiraf edib.