Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2019 11:20
“Spartak” baş məşqçisi Oleq Kononovla yollarını ayırıb.
Qol.az klubun saytına istinadən yaydığı xəbərə görə, onun Rusiya Premyer Liqanın 11-ci turunda “Orenburq”a məğlubiyyətdən (1:2) sonra istefası rəhbərlik tərəfindən qəbul edilib.
Xatırladaq ki, Kononov 2018-ci ilin noyabrından “Spartak”ı çalışdırırdı.
Qeyd edək ki, “Spartak” Rusiya Premyer Liqasında 11 turdan sonra 14 xalla 16 komanda arasında 9-cu pillədə qərarlaşıb. Sözügedən klubda azərbaycanlı futbolçu Ayaz Quliyev çıxış edir.