Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AMEA-nın müəssisə və işçilərinin sayı təsdiqləndi

AMEA-nın müəssisə və işçilərinin sayı təsdiqləndi

Tarix: 30 Sentyabr 2022 16:30

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturu təsdiq edilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qərar Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.


Etiketlər:  AMEA nın müəssisə işçilərinin sayı təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ