Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saakaşvilini buna görə cəzalandırırlar - Meliya

Saakaşvilini buna görə cəzalandırırlar - Meliya

Tarix: 1 Oktyabr 2022 20:12

Müasir Gürcüstan dövlətini yaratmaqla rusların imperialist arzusuna təhlükə yaratdığı üçün Saakaşvilini cəzalandırırlar. O, əsirlikdən yalnız bir halda azad edilə bilər - Əgər dövlətimizi rus oliqarxının, yəni Rusiyanın əlindən ala bilsək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya bildirib.

Onun sözlərinə görə, hazırda Saakaşvili ilk dəfə Rusiyaya qarşı çıxmağa cəsarət etdiyinə görə cəzalandırılır.

"Mixail Saakaşvilinin rus oliqarxının əsirliyində olmasından bir il ötür. "Rus Arzusu" Mixail Saakaşvilini niyə və nəyə görə həbs etdi? Uşaq da bilir ki, onu sərhədi keçdiyinə görə saxlamayıblar. Onu nə aldığı gödəkçələrə, nə Kaçinskinin məzarı üzərinə əklil qoyduğuna görə, nə əfv etmək hüququndan istifadə etdiyinə, nə də hakimiyyətdə olduğu dövrdə baş vermiş səhvlərə görə həbsxanaya salıblar. Saakaşvilini Rusiyadan ayrı müstəqil dövlət yaratmaq cəsarətinə görə, İvanişvili və onun dəstəsinin on ildir ki, məhv etdiyi bu dövləti qorumaq üçün gürcü xalqının yanına qayıtmaq cəsarəti göstərdiyinə görə həbs ediblər. Rus arzusu Saakaşvilini məhz ona görə cavab verməyə vadar etdi ki, o, müasir Gürcüstan dövlətini yaratmaqla rusların imperialist arzusuna təhlükə yaradıb. O, ilk dəfə olaraq Putinə qarşı çıxmağa cəsarət etdiyinə görə cəzalandırılır", - Meliya qeyd edib.

Milli.Az


Etiketlər:  Saakaşvilini buna görə cəzalandırırlar Meliya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ