Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu məsləhətlər kişilər üçündür

Bu məsləhətlər kişilər üçündür

Tarix: 1 Oktyabr 2022 23:14

Kişilər qadınlardan çox dəri problemindən əziyyət çəkirlər. Çünki xanımlar müxtəlif kosmetik vasitələrlə, maskalarla problemlərin qarşısını alırlar. Kişilər isə bunu etmirlər. Kişilərdə dəri problemləri orqanizmdə çatışmayan maddələrlə bağlıdır:

Milli.Az axşam.az-a istinadən kişilərin dəri problemlərini aradan qaldıracaq vasitələr təqdim edir:

• Əgər təraşdan sonra üzdə, boğazaltında səpgilər, hətta irinli civzələr əmələ gəlirsə, üzünüzə mütəmadi olaraq, A və E vitamini çəkin.

• Əgər dabanlarda, dirsəklərdə və diz qapaqlarında dəri quruyub, hətta çatlayırsa, onlara krem çəkib, cod şotka ilə masaj edin.

• Gözaltında qara ləkələr əmələ gəlirsə, demək, orqanizm dəmir azlığından əziyyət çəkir. Alma, mal əti və dil yemək sizi dəmirlə tam təmin edər.

• Əgər dəri yağlı və ya qurudursa, üzü gündə 2 dəfə (səhər və axşam) nəmləndirici maye sabunla yumaq lazımdır. Beləcə, üzü quruluqdan, civzələrdən və qaşınmadan qorumaq olur.

• Dərini daim təravətli saxlamaq və qırışlardan qorumaq üçün tez-tez banan, lobya, düyü və çərəz yeyin.

Milli.Az


Etiketlər:  Bu məsləhətlər kişilər üçündür


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ