Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2022 18:12
"Tesla AI Day 2022" təqdimatı zamanı milyarder İlon Mask "Optimus" humanoid robotunun iki prototipini nümayiş etdirib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, onun alıcılara 20 min dollara başa gələcəyi bildirilib.
İlk prototip müstəqil şəkildə ayaq üstə hərəkət edə və musiqinin ritminə uyğun olaraq qollarını yelləyə bilir. O, çiçəkləri sulayır, müəyyən ev işləri görür. Optimus "Tesla" avtopilotunun təchiz olunduğu eyni sensorlardan istifadə edir.
Gələcəkdə robot, məsələn, anbarda fəhlə kimi işləyə biləcək. Onun enerjisinin tam bir iş günü üçün kifayət edəcəyi gözlənilir.