Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağadadaş Ağayevin oğlunun toyudur - VİDEO - FOTO

Ağadadaş Ağayevin oğlunun toyudur - VİDEO - FOTO

Tarix: 2 Oktyabr 2022 20:45

Bu gün Xalq artisti Ağadadaş Ağayevin övladının xeyir işidir.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, sənətçinin oğlu Seymur Ağayev subaylığın daşını atır. O sevib-seçdiyi xanımla ilə qurur.

Cütlüyün toyu paytaxtın dəbdəbəli məkanlarından birində keçirilir. Toyda Ağayevin ailə üzvləri, yaxınları, dostları ilə yanaşı bəzi sənət nümayəndələri də iştirak edirlər.

Xalq artisti övladının toyunu Əməkdar artist Nüşabə Ələsgərli idarə edir.

Sənətçinin övladının şad günü mətbuata qapalı keçirilir. Bu səbədən də toydan görüntülər çəkmək istəyən media nümayəndələri içəri buraxılmayıb.

İfaçının övladının toyundan görüntüləri "star xəbər" səhifəsi yayıb.

Məlumat üçün bildirək ki, Ağadadaş Ağayev iki dəfə ailə qurub. Onun 5 övladı var.

Milli.Az


Etiketlər:  Ağadadaş Ağayevin oğlunun toyudur VİDEO FOTO


RƏYLƏR