Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

4 ölkə Ukraynaya artilleriya silahları verməyi planlaşdırır

4 ölkə Ukraynaya artilleriya silahları verməyi planlaşdırır

Tarix: 2 Oktyabr 2022 21:50

Almaniya, Danimarka, Norveç və Fransa Ukraynaya 16 özüyeriyən artilleriya qurğusu verməyi planlaşdırır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Almaniya hökumətindəki mənbə məlumat verib.

Almaniya, Danimarka və Norveç Ukrayna ordusu üçün Slovakiya istehsalı olan "Zuzana-2" toplarını tədarük edəcəklər. Layihənin dəyəri 92 milyon avrodur. Çatdırılma 2023-cü ilə nəzərdə tutulub.

Fransa isə Kiyev üçün 6 ədəd "Caesar" haubitsası tədarük etməyi planlaşdırır.

Milli.Az


Etiketlər:  4 ölkə Ukraynaya artilleriya silahları verməyi planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ