Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2022 14:44
Ermənistan parlamentinin sabiq deputatı, siyasətçi Azad Arşakyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) təhqir edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, o, KTMT-ni "qəddar it" adlandırıb.
"KTMT bizim qəddar itimizdir. Hamı bilməli idi ki, Ermənistana girmək təhlükə altında olmaq deməkdir. İndi o it nə dişləyir, nə hürür. Biz hazırda dünyaya deməliyik ki, bizim it dişləmir, bizə başqa gözətçi it lazımdır", - deyə Arşakyan qeyd edib.
O bildirib ki, baş nazir Nikol Paşinyanın Ermənistana beynəxalq müşahidəçilərin göndərilməsindən bəhs etməsi, habelə beynəlxalq ictimaiyyətə olan notası "məxməri inqilaba" çağırışdır:
"Yəni deyir ki, biz mövcud gözətçidən imtina edirik. Çünki bu missiya bizi zəiflədib".