Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvan Bakıya bir trilyon dollar ödəməlidir - Kuzio

İrəvan Bakıya bir trilyon dollar ödəməlidir - Kuzio

Tarix: 3 Oktyabr 2022 17:24

Ermənistan Azərbaycana 1.103 trilyon dollar kompensasiya ödəməlidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı professor Taras Kuzio "eurasiareview.com" saytında "Azerbaijan and Ukraine Are Demanding Compensation from Armenia and Russia" (Azərbaycan və Ukrayna müvafiq olaraq Ermənistan və Rusiyadan kompensasiya tələb edir) adlı məqaləsində qeyd edib.

Yazıda qeyd olunur ki, Ermənistanın işğalı nəticəsində tikili və infrastrukturlara və ətraf mühitə dəymiş ziyanın hesablamaları zaman keçdikcə artıb. Hələ də bu proses yekunlaşmayıb. 2000-ci ildə - Azərbaycan işğal olunmuş ərazilərə çıxış əldə etməmişdən xeyli əvvəl, BMT-nin İnsan İnkişafı Hesabatında dəymiş ziyan 53,5 milyard dollara bərabər olub. Azərbaycan isə o vaxt real rəqəmin 100 milyard dollara yaxın olduğunu iddia edirdi. Yeddi rayonun Azərbaycanın nəzarətinə qayıtmasından sonra dəymiş ziyanın hesablamaları tikili və infrastruktur üçün 818 milyard dollar, ətraf mühitə dəymiş ziyan üçün isə 285 milyard dollar təşkil edir. Bu, 1.103 trilyon dollar edir.

Milli.Az


Etiketlər:  İrəvan Bakıya bir trilyon dollar ödəməlidir Kuzio


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ