Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2022 20:12
Son zamanlar Azərbaycanın Fransa ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı Fransada məskunlaşan radikal erməni qrupları tərəfindən törədilən hücumların sayı artıb.
Sonxeber.net xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin Fransanın Azərbaycandakı səfirinin XİN-ə çağırılması ilə bağlı məlumatında qeyd edilib.
Bildirlib ki, növbəti belə bir hücumun 1 oktyabr 2022-ci il tarixində gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən Səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı müqabil tərəfin diqqətinə çatdırılıb.
Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından Səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi qeyd edilib.