Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbolçu matç zamanı başını beton divara çırpdı - VİDEO

Futbolçu matç zamanı başını beton divara çırpdı - VİDEO

Tarix: 4 Oktyabr 2022 17:34

Almaniyada regional liqaların birində, matç zamanı eyni vaxtda qorxulu və komik epizod yaşanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Hempi Leypsiq"in hücumçusu Denis Yepel yüksək sürət yığaraq, yaş sahədə özünü saxlaya bilməyib və başını beton divara çırpıb.

Zərbə o qədər güclü olub ki, futbolçu nokauta düşüb. Komanda yoldaşları və tibb işçiləri ona kömək etməyə gəliblər. Bir neçə dəqiqədən sonra Yepel sərbəst şəkildə ayağa qalxıb.

Hazırda onun sağlamlığı üçün təhlükə yoxdur.

Qeyd edək ki, görüşün nəticəsinə əsasən, "Hempi Leypsiq" rəqibindən 1:0 hesabı ilə üstün olub.

Milli.Az


Etiketlər:  Futbolçu matç zamanı başını beton divara çırpdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ