Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qız saçını gözəllik salonunda boyayıb və keçəl olub

Qız saçını gözəllik salonunda boyayıb və keçəl olub

Tarix: 4 Oktyabr 2022 19:02

Blogger Sammer Vanq gözəllik salonunda saçlarını boyayıb və keçəl olub.

Sonxeber.net bildirir ki, müvafiq video onun TikTok səhifəsində yerləşdirilib.

"Sumtoksoflife" ləqəbli şəbəkə istifadəçisi video yayımlayıb və salonda peşəkar rəngləmədən sonra saçlarının tökülməyə başladığını bildirib. Belə ki, o, saçlarını necə daradığını kamera qarşısında nümayiş etdirib. Yayılan kadrlarda görünüb ki, daraqda tükləri qalıb.

Sonra qız deyib ki, birinci prosedur üçün pul ona qaytarılıb. Bir müddət sonra o, yenidən həmin salona qayıdıb və tellərin bir hissəsinin açıq, digər hissəsinin tünd olmasını istəmədiyi üçün ustalardan saçlarını yenidən boyamalarını istəyib. Bununla belə, rəngləmə onu yenə qane etməyib. "Və indi qəzəblənirəm, çünki saçlarım çirkindir", - Vanq deyib və yenidən bu salona müraciət etməsinin səbəbini izah edib. İstifadəçinin sözlərinə görə, ilk uğursuz rəngləmədən sonra bu salonun bərbərlərindən biri ona saçlarını bərpa etməkdə kömək edib.

Növbəti videoda o, saçların müalicəsinə külli miqdarda pul xərclədiyini bildirib.

İrfan Vəliyev


Etiketlər:  Qız saçını gözəllik salonunda boyayıb keçəl olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ