Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sizin o kişi dediyinizin tezliklə...'' - Nigar boşanmasından danışdı

''Sizin o kişi dediyinizin tezliklə...'' - Nigar boşanmasından danışdı

Tarix: 6 Oktyabr 2022 16:30

Xəbər verdiyimiz kimi, Əməkdar artist Nigar Şabanova boşandığını açıqlayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı məsələyə sosial media hesabında aydınlıq gətirib. 

"Sizin o kişi dediyinizin tezliklə səs yazılarını paylaşacağam. Görəcəksiniz ki, əyninə hər forma geyinən kişi ola bilmir. Kişiliyi, insanlığı peşəyə qarışdırmayın. Kişi ailə başçısı, qeyrətli oğlan olmaq başqa işdir. Peşə əyninə forma geyinmək başqa işdir.

Pis yazan  hər kəsin əziz övladına onun kimi ailə arzu edirəm. Yaxşı yazıb anlayışla qarşılayanların balasını Allah xoşbəxt eləsin.

Kaş bütün xanımlar mənim qədər ailəsini qorumağa çalışardı.  Kişilik qanda yoxdursa, sonradan onu heç bir qadın əmələ gətirə bilməz. Hamı sussun. Əlimdəki sübutları onun peşəsinə, formasına hörmət edib, paylaşmıram" deyə, o, paylaşımında yazıb.

Qeyd edək ki, N,Şabanova XTQ giziri, hərbçi Xəyyam Qaragözov ilə ailəli idi.


Etiketlər:  Sizin kişi dediyinizin tezliklə Nigar boşanmasından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ