Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şagirdlər məktəbdə pomidor-yumurta bişirdilər - VİDEO

Şagirdlər məktəbdə pomidor-yumurta bişirdilər - VİDEO

Tarix: 6 Oktyabr 2022 17:08

Bakıda şagirdlər məktəbdə pomidor-yumurta bişiriblər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, 10-cu sinif şagirdləri müəllimləri dərsə gəlmədiyi və onu əvəz edən başqa bir müəllim olmadığı üçün vaxtlarını yemək bişirərək keçirməyə çalışıblar. Onlar sinif otağına elektrik plitəsi gətirərək pomidor-yumurta bişirdikləri anları lentə alıblar.

Qeyd edək ki, məlumatı ilk olaraq yenisabah.az saytı yayıb.

Milli.Az


Etiketlər:  Şagirdlər məktəbdə pomidor yumurta bişirdilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ