Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2022 03:45
Türkiyənin pop ulduzu Gülşən Çolakoğlu səhər saatlarında Levent polis bölməsinə gəlib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, ev dustaqlığından azad edilən və yalnız ölkədən çıxışına qadağa qoyulan müğənni bu gün səhər saatlarında polis bölməsinə yaxınlaşaraq imza atıb.
Jurnalistlər Gülşəndən müsahibə almaq üçün yaxınlaşsalar da pop ulduz onlarla salamlaşaraq cəld şəkildə avtomobilə əyləşib və bölmənin həyətindən uzaqlaşıb.
Qeyd edək ki, aprel ayında konsertində "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" söylədiyi sözlərə görə G.Çolakoğlu avqustun 25-i axşam saatlarında həbs edilib.