Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2022 08:34
Beyləqan rayonunda 25 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, 1997-ci il təvəllüdlü İsmayılov Gülalı Zahir oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.