Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BDU-nun 4 tələbəsi qidadan zəhərlənib

BDU-nun 4 tələbəsi qidadan zəhərlənib

Tarix: 8 Oktyabr 2022 19:16

Bakı Dövlət Universitetinin 4 tələbəsi qidadan zəhərlənib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

KTM-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu "Report"un sorğusuna cavab olaraq bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.

Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: "Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır".


Etiketlər:  tələbəsi qidadan zəhərlənib


RƏYLƏR