Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakıda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Tarix: 8 Oktyabr 2022 23:58

Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılıb.

23:36

Bakıda yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış yanğına səbəb olub.
Hadisə bu gün axşam saatlarında Nizami rayonunda, Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən binada qeydə alınıb. Hadisə nəticəsində evlərin pəncərələri sınıb.

Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən evlərdən birində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə və Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.


Etiketlər:  Bakıda yaşayış binasındakı yanğın söndürülüb YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ