Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2022 03:16
Rusiyada, Novosibirskdə 31 və 34 yaşlı sərxoş dostlar ziyafət zamanı içki içən yoldaşını öldürüb və cəsədini alış-veriş çantasında gizlədiblər.
Sonxeber.net bildirir ki, bu barədə REN TV xəbər verib.
Telekanalın məlumatına görə, oktyabrın 6-da axşam saatlarında yoldaşlar Trolleynaya küçəsindəki evlərdən birinin mənzilində spirtli içki qəbul ediblər. Daha sonra iki şəxslə tanışları arasında mübahisə yaranıb və bu zaman əlbir olan şəxslər rəqibini boğaraq onun meyitini plyonkaya bükərək çantada gizlədiblər.
Onlar isti izlərlə həbs ediliblər. Həmin şəxslər əməllərini etiraf ediblər, onlar müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər.
Cinayət işinin başlanması məsələsi həll olunur. Məlum olub ki, münaqişə iştirakçılarından heç biri əvvəllər mühakimə olunmayıb.
İrfan Vəliyev