Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Günəşdən 1,5 milyon kilometr uzunluğunda nəhəng odlu şleyf atıldı - FOTOlar

Günəşdən 1,5 milyon kilometr uzunluğunda nəhəng odlu şleyf atıldı - FOTOlar

Tarix: 9 Oktyabr 2022 17:32

Peşəkar astrofotoqraf Endryu Makkarti izləyicilərini yeni möhtəşəm kosmik görüntülərlə sevindirib.  Kadrlarda Günəşdən Yerə doğru tac kütləsinin atılması əks olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Makkarti təqdim etdiyi görüntünün 6 saat ərzində çəkilmiş 100 minlərlə fotoşəkili bir araya gətirən kompozit təsvir olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Günəşdən ayrılan odlu plazma təxminən 161.000 km/saat sürətlə kosmosa atılıb.

"Bu indiyə qədər gördüyüm ən böyük tac kütləsinin atılması oldu. Onun uzunluğu, ehtimal ki, təxminən 1,5 milyon kilometr idi", - deyə Makkarti qeyd edib.

Milli.Az


Etiketlər:  Günəşdən 15 milyon kilometr uzunluğunda nəhəng odlu şleyf atıldı FOTOlar


RƏYLƏR