Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2022 20:25
"Best model of the world" müsabiqəsinin qalibi, azərbaycanlı model və aktyor Rüstəm Cəbrayılov ibadətə başlayıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqramda video paylaşıb.
Rüstəm paylaşımında bu fikirləri qeyd edib:
"3 ildən çoxdur ki, ibadət arzusunda oldum. Artıq uzatmaq olmaz. Qismət bu günə imiş. Allah günahlarımızdan keçsin. Əgər varsa, və yaxud bilmədən etmişiksə, Allahın qarşısındakı öhdəliyimi ödəmək vaxtıdı. Enerjim tükənənə qədər bu yoldayam. Allah hər kəsə kömək olsun, mən də oların içində. Allah təkdi və hər zaman o oldu yanımda".