Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrana təcili 550 təyyarə lazımdır - 3 ilə biri gəlir

İrana təcili 550 təyyarə lazımdır - 3 ilə biri gəlir

Tarix: 10 Oktyabr 2022 23:16

Yaxın 3 il ərzində İran yerli mülki təyyarəsini istismara qəbul edəcək.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri İran Mülki Aviasiya Təşkilatının sədri Məhəmməd Bəxş "Mehr" agentliyinə deyib.

"Hesab edirəm ki, İranın ilk mülki təyyarəsi yaxın 36 ayda aviaparka qəbul ediləcək", - o bildirib.

Onun sözlərinə görə, hökumət yol, sənaye və müdafiə nazirliklərinə İran yerli təyyarələrinin hazırlanması və istehsalı üçün birgə işləməyi və üçtərəfli konsorsium yaratmağı tapşırıb.

Layihə üçün lazımi büdcənin ayrıldığını əlavə edən nazir istehsala Müdafiə Nazirliyinin cavabdeh olacağını vurğulayıb.

O, həmçinin İrana təcili 550 mülki təyyarə lazım olduğunu qeyd edib:

"Bu təyyarələri ya yerli istehsalla, ya xaricdən yenisini sifariş etməklə, yaxud da istifadə edilmişini almaqla əldə etməliyik".


Etiketlər:  İrana təcili təyyarə lazımdır ilə biri gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ