Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qasırğa sayəsində arvadının nişan üzüyünü tapdı - FOTO

Qasırğa sayəsində arvadının nişan üzüyünü tapdı - FOTO

Tarix: 11 Oktyabr 2022 15:44

ABŞ sakini "İan" qasırğasının fəsadlarını aradan qaldırarkən həyat yoldaşının nikah üzüyünü tapıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qadın təbii fəlakətdən bir neçə gün əvvəl onu itirib.

Eşli Qarner əri və üç övladı ilə birlikdə Fort Mayersdə yaşayır.

Qasırğa zamanı ailə evdə olub və fəlakət sakitləşdikdə həyəti təmizləməyə başlayıblər.

Onların yaşadıqları ərazidə dağıdıcı sel olmayıb. Lakin güclü külək ərazidəki çoxlu ağac və kolları aşırıb.

Eşlinin əri üzüyü məhz həmin kolluqlarda, qarajın yaxınlığında tapıb.

Xatırladaq ki, "İan" qasırğası sentyabrın sonunda Floridanın cənub-qərb sahillərini vurub və 100 nəfərin həyatına son qoyub. Təbii fəlakətin vurduğu ziyan on milyardlarla dollar həcmində qiymətləndirilir.


Etiketlər:  Qasırğa sayəsində arvadının nişan üzüyünü tapdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ