Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu dərmanlardan istifadə etməyin - VİDEO

Bu dərmanlardan istifadə etməyin - VİDEO

Tarix: 12 Oktyabr 2022 19:18

Dərmanların əlavə təsirləri ilə bağlı bu il Səhiyyə Nazirliyinə 143 müraciət daxil olub. 

Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənovun sözlərinə görə, bu müraciətlərdən 79-nu əczaçı şirkətlər, 63-nü tibb işçiləri, 1-ni isə pasiyent edib. Fərid Həsənov bildirir ki, pasiyentlər dərman preparatlarını içlik vərəqini oxuduqdan sonra qəbul etsələr də, bəzən orqanizmdən asılı olaraq əlavə təsirlər üzə çıxa bilir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, paytaxt sakinləri arasında apardığımız sorğu nəticəsində məlum oldu ki, dərman vasitələrini içlik vərəqi ilə tanış olduqdan sonra qəbul edib əlavə təsirlərini görənlər də var, heç bir təsiri ilə üzləşməyənlər də. Bəziləri isə çıxış yolunu ümumiyyətlə dərman qəbul etməməkdə, yalnız xalq təbabəti ilə müalicə olunmaqda görür.

Fərid Həsənov deyir ki, pasiyentlər dərmanları mütləq şəkildə həkim nəzarəti və təlimatlar əsasında qəbul etməlidirlər. Əgər əlavə təsirlər ortaya çıxarsa, bu barədə dərhal həkimə məlumat verilməlidir. Bu həm pasiyentin öz səhhəti, həm də digər dərman istifadəçiləri üçün faydalı olar. Çünki, müraciətlər əsasında müxtəlif təhlükəsizlik tədbirləri görülür.

Şöbə müdiri bildirib ki, pasiyentlər dərman vasitələrinin içlik vərəqlərində edilən dəyişikliklər, onun təyinatının məhdudlaşdırılması və geri çağrılması ilə bağlı ətraflı məlumatı Mərkəzin pharma.az rəsmi internet saytından əldə edə bilərlər.


Etiketlər:  dərmanlardan istifadə etməyin VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ