Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə Ukraynaya Rusiya istehsalı olan helikopterlər verəcək

Bu ölkə Ukraynaya Rusiya istehsalı olan helikopterlər verəcək

Tarix: 14 Oktyabr 2022 08:30

Portuqaliya hökuməti Ukraynaya "Kamov" konstruktor bürosu tərəfindən hazırlanmış altı yanğınsöndürmə helikopteri göndərmək qərarına gəlib.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın müdafiə naziri Yelena Karreyras bildirib.

"Ukraynanın xahişi və Daxili İşlər Nazirliyi (Portuqaliyanın - red) ilə birlikdə hazırkı ssenariyə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə artıq istismar edə bilməyəcəyimiz "Kamov" helikopter parkımızı Ukraynanın sərəncamına verəcəyik, əslində onların uçuşa yararlılıq sertifikatları yoxdur və biz hətta onları təmir edə bilmirik", - "Diario de notisiaş" qəzeti nazirlik rəhbərinin sözlərindən sitat gətirib.

Nazir əlavə edib ki, 6 helikopterin təmirə ehtiyacı var, onlardan biri yararsızdır. Eyni zamanda o, əmin edib ki, Ukrayna tərəfi hava maşınlarının hansı vəziyyətdə olduğunu bilir.

Milli.Az


Etiketlər:  Bu ölkə Ukraynaya Rusiya istehsalı olan helikopterlər verəcək


RƏYLƏR