Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2022 10:54
10:52
Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.
Sonxeber.net xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
---------
10:18
Bakı şəhəri, Binəqədi rayonu ərazisində güclü yanğın olub.
Sonxeber.net xəbər verir ki, 8-ci mikrorayon Naxçıvani küçəsi 55 ünvanında yerləşən zavodda başlayan yanğın güclü alovla müşahidə edilib.
Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.
FHN-dən Sonxeber.net-a verilən xəbərə görə, nazirliyin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.