Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həbs olunan general müsadirə olunan mallarını görün harada gizlədirmiş

Həbs olunan general müsadirə olunan mallarını görün harada gizlədirmiş

Tarix: 14 Oktyabr 2022 12:42

Həbs olunan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində maraqlı faktlar üzə çıxıb.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, M.Rəsulov gömrük baxışı zamanı müsadirə olunan müxtəlif növ malları məhv etmək adıyla Abşeron rayonunun Fatmayı kəndində olan 2 hektar ərazidə yerləşən 3 mərtəbəli villasının zirzəmisində saxlayırmış.

Daha sonra isə həmin mallar müxtəlif ticarət obyektlərinə verilərək satılırmış.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi çərçivəsində iyulun 14-də Məsum Rəsulov saxlanılıb.

M.Rəsulovun külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Xatırladaq ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az


Etiketlər:  Həbs olunan general müsadirə olunan mallarını görün harada gizlədirmiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ